7 C
Baku
Sunday, December 15, 2024

“Toyota” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını daha 15% azaldır

Pandemiyanın səbəb olduğu yarımkeçirici komponent çatışmazlığı fonunda “Toyota” dünyanın ən böyük avtomobil istehsalçısı statusunu qazanmağı bacarsa da, noyabr ayında istehsal həcmini 15% və ya 150 000 ədəd azaltmağa məcbur olacaq.

Banker.az xəbər verir ki, qərarın əsas səbəbləri sentyabr ayının sonundan etibarən Çindəki müəssisələrdə yarımkeçirici komponentlərin çatışmazlığı və planlı elektrik kəsintiləri kimi problemlərin olmasıdır. Verilən məlumata görə, sentyabr və oktyabr aylarında “Toyota Motor” avtomobil istehsalını 40% azaldıb, çünki Vyetnam və Malayziyada yerli təchizatçıların kifayət edəcək miqdarda avtomobil hissələri istehsal etmək imkanları məhdud olub.

Növbəti təqvim ilinin mart ayına qədər 9 milyon avtomobil istehsal etməyi planlaşdıran “Toyota”nın 2021-ci maliyyə ili üçün istehsal planı tənzimlənməyəcək. Qeyd edək ki, “Toyota” yarımkeçiricilər böhranına qarşı dayanıqlı olmasından və ABŞ-da bazar payının artmasından faydalanıb, çünki rəqibi “GM”i sıxışdıraraq liderlik statusunu qazanıb.

“Toyota” uzun müddətdir ki, tədarükçülərin anbarında dörd aylıq təcili ehtiyat hissələrinin saxlanmasının son onilliyin ilk yarısında tətbiq etdiyi taktika sayəsində tədarükdə yaranan fasilələrdən xilas ola bilib. Bu qərar əvvəlki böhranların nəticələrinin təhlil edildikdən sonra verilib.

Son xəbərlər
Digər xəbərlər