2 C
Baku
Sunday, December 15, 2024

Toyota dünyanın ən bahalı avtomobil brendi oldu

 Yaponiyanın Toyota şirkəti dünyanın ən bahalı avtomobil brendləri siyahısında birinci pillənin sahibi olub. Banker.az xəbər verir ki, sözügedən reytinq Interbrand konsaltinq tərəfindən təşkil edilib.

Beləliklə, Toyota brendinin dəyəri 50,2 milyard dollar olaraq qiymətləndirilir ki, bu da ötən ilin göstəricilərindən 6% azdır. İkinci pillənin sahibi 47,8 milyard dollar göstərici ilə alman Mercedes-Benz, üçüncü pillənin sahibi isə 41,5 milyard dollar ilə BMW şirkəti olub.

Bundan əlavə, dünyanın ən bahalı 100 avtomobil brendləri siyahısına  Honda, Ford, Hyundai, Audi, Nissan, Volkswagen, Porsche, Kia, Ferrari kimi brendlər də daxil olub.

Qeyd edilir ki, reytinq təşkil olunarkən satış nəticələri, brendin tanınmışlığı və onun bazardakı təsiri kimi kriteriyalar nəzərə alınıb.

Son xəbərlər
Digər xəbərlər