8 C
Baku
Sunday, November 17, 2024

“Trading Economics” Azərbaycan Mərkəzi Bankının faizləri 50 baza bəndi endirəcəyini proqnoz edir

“Trading Economics” martın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini 0,5% azaldacağını proqnozlaşdırıb.

Beynəlxalq iqtisadi statistika portalı AMB-nin İdarə Heyətinin qərarının faiz dərəcəsinin 7,75%-dən 7,25%-ə endirilməsi istiqamətində olacağını açıqlayıb.

“Trading Economics” bu ilin ikinci rübündə Mərkəzi Bankın uçot dərəcəsini 7%-ə, sonuncu rübdə isə 6,5%-ə endirəcəyini proqnozlaşdırıb.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 28 mart 2024-cü il tarixində saat 11:00-da yayımlanacaqdır.

Xatırladaq ki, AMB son üç qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə bu il yanvarın 31-də uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər