Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” 2025-ci il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
Portal 2025-ci üzrə Azərbaycanda real ümumdaxili məhsulun artım proqnozunu (ÜDM) 3,5-4,0% civarında müəyyənləşdirib.
“Trading Economics” bu ilin I rübündə ölkə üzrə iqtisadi artımın 3,5%, II və III rüblərdə 4%, IV rübdə isə yenidən 3,5% olacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 4,1% təşkil edib.