Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” 2025-ci il üzrə Azərbaycanın inflyasiya proqnozunu yeniləyib.
Portal 2025-ci il üzrə Azərbaycanda inflyasiyanı 4-4,5% civarında müəyyənləşdirib.
“Trading Economics” hesab edir ki, bu ilin I rübündə ölkə üzrə inflyasiya 4,5% təşkil edəcək. II rübdə inflyasiya 4,2%-ə, III rübdə 4%-ə qədər azalacaq, IV rübdə isə yenidən 4,2%-ə yüksələcək.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 4,4% təşkil edib.