15 C
Baku
Saturday, April 20, 2024

Tramp: Ərdoğan məni məyus etdi

ABŞ prezidenti Donald Tramp deyib ki, Ankaranın həbs edilmiş amerikalı keşiş Endryu Bransonu azadlığa buraxmaması ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan onu məyus edib.

O, bu fikirləri “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Çox məyus oldum. Görək, vəziyyət necə davam edəcək”, – o bildirib. Müsahibənin əvvəlində Tramp Türkiyə-ABŞ münasibətlərini şərh etmək istəməyib və deyib ki, bu, onun üçün ağrılı problemdir.

Ankara Bransonu dövlət çevrilişinə cəhddə və casusluqda ittiham edib. O, hazırda ev dustaqlığındadır. Vaşinqton keşişin deportasiyasını tələb etsə də, rədd cavabı alıb. Bundan sonra ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib. Buna cavab olaraq Türkiyə ABŞ-dan idxal olan bütün mallara rüsumlar tətbiq edib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər