11 C
Baku
Tuesday, April 15, 2025

Tramp 75-dən çox ölkəyə münasibətdə tarifləri dayandırıb

ABŞ prezidenti Donald Tramp 75-dən çox ölkəyə tariflərin tətbiqini 90 gün təxirə salıb. Bununla yanaşı, Amerika prezidenti Çin mallarına rüsumları 125%-ə qaldırıb. Ağ Ev rəhbəri həmçinin qeyd olunan ölkələrlə qarşılıqlı tariflərin 10%-ə endirilməsini açıqlayıb.

Aprelin 2-də Donald Tramp 185 ölkədən, o cümlədən Çindən gələn mallara qarşılıqlı rüsum tətbiq etdiyini açıqlayıb. Buna cavab olaraq Çin hakimiyyəti ABŞ mallarına 34% əlavə rüsumlar tətbiq edib. Dünəndən, aprelin 9-dan etibarən ABŞ Çindən idxal olunan mallara rüsumları daha 50 faiz bəndi artırıb. İndi Çindən tədarük üçün ümumi tarif yükü 104% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər