Amerikalılar öz bayraqlarını Marsda ucaldacaqlar.
CBS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Birləşmiş Ştatların Müstəqillik Gününə həsr olunmuş çıxışında deyib.
O qeyd edib ki, bu hadisə tezliklə olacaq:
“İstəyirəm biləsiniz ki, biz çox yaxınlarda Aya qayıdacağıq və bir gün, tezliklə ABŞ bayrağını Marsda ucaldacağıq”.
Xatırladaq ki, D.Tramp mayın ortalarında Ay və Marsın öyrənilməsi üçün NASA-nın büdcəsinə əlavə 1,6 milyard dollar ayıracağını vəd etmişdi.
©Oxu.az