ABŞ lideri Donald Tramp Birləşmiş Ştatlarla Çin arasında ticarət sazişinin sonu haqqında yayılan xəbərləri təkzib edib.
Bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində bildirib.
“Çinlə ticarət sazişi tam saxlanılıb. Ümid edirəm, onlar (Çin – red) razılaşmanın şərtlərini yerinə yetirməyə davam edəcəklər!” – dövlət başçısı “Twitter”də yazıb.
Daha əvvəl Ağ Ev yanında Ticarət üzrə Milli Şuranın başçısı Piter Navarro “Fox News Channel” telekanalına bildirib ki, Tramp Uhan şəhərində laboratoriyadan yayılmış yeni koronavirus mənşəyində kəşfiyyatın artan əminliyinin fonunda Çin Xalq Respublikası ilə razılaşmanın qüvvədə olmasını dayandırmaq niyyətindədir.
“Budur dönüş anı. Onlar yanvarın 15-də bura ticarət sazişini imzalamağa gəldilər və artıq o vaxtdan tam iki ay keçdi, onlar bildilər ki, virus yayılır”, – Navarro əlavə edib.