7 C
Baku
Sunday, December 15, 2024

Tramp ABŞ-da iş vizalarının verilməsini məhdudlaşdırır

Ağ Ev yüksək işsizlik şəraitində iş vizalarının verilməsini məhdudlaşdırmağı planlaşdırır. Banker.az xəbər verir ki, qərar amerikan şirkətlərində və ya Silikon Vadisində işləmək istəyən minlərlə insana təsir göstərə bilər, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“Biz sabah və ya biri gün iş vizalarının verilməsi ilə bağlı açıqlama verəcəyik”, – deyə prezident söyləyib.
Bildirildiyi kimi, söhbət H1-B (yüksək ixtisaslı mütəxəssislərə ABŞ-da işləmək imkanını verir), H-2B (müvəqqəti xidmətlər göstərən əcnəbilər üçün nəzərdə tutulur) və L-1 (menecerlərə bir şirkət daxilində ABŞ-dakı filiallarda işləməyə imkan verir) vizalarından gedir.
“Düşünürəm ki, insanların çoxu bu qərardan razı qalacaq. Düzünü desəm, o, sağlam düşüncə çərçivəsinə sığır”, – Tramp əlavə edir.
Onun sözlərinə görə, yeni qaydalara müəyyən istisna hallar da əlavə edilə bilər. Məsələn, ABŞ-da uzun müddət qalmağı planlaşdıran böyük iş adamları üçün.
“Bloomberg” agentliyinin verdiyi məlumata əsasən, son bir neçə ildə ABŞ administrasiyası H1-B vizalarının verilməsini sərtləşdirməyə dəfələrlə cəhd göstərib. Qeyd edək ki, H1-B vizasını hər il 85 mindən çox işçi alır.
Son xəbərlər
Digər xəbərlər