ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton idxal olunan mallara tətbiq edilən 10 faizlik rüsumları 90 gün müddətinə uzada bilər. O, jurnalistlərin bu tədbirin uzadılmasının mümkün olub-olmaması ilə bağlı sualını belə cavablandırıb.
Xatırladaq ki, aprelin 9-da Donald Tramp 75-dən çox ölkəyə münasibətdə güzgü tariflərinin tətbiqini 90 gün təxirə salıb. Eyni zamanda, o, adıçəkilən ölkələrlə bu müddət üçün qarşılıqlı tarifin 10%-ə endirildiyini açıqlayıb.
Buna cavab olaraq Avropa İttifaqı ABŞ-yə qarşı əks tədbirlərin tətbiqini dayandırıb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin cənab Trampla danışıqlara şans vermək istədiyini açıqlayıb.