Birləşmiş Ştatların hər bir sakini 2021-ci ilin aprelində koronavirus peyvəndi ilə təmin ediləcək.
“RİA Novosti”yə istinadən xəbər verilir ki, bu barədə ABŞ prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında bildirib.
“Biz vaksinin apreldə hər arzu edən şəxs üçün əlçatan olacağını gözləyiriki”, – Ağ Evdə Tramp deyib. O, qeyd edib ki, peyvənd istifadə üçün rəsmi şəkildə bəyənildikdən sonra 24 saat ərzində istehlakçılara yönəldiləcək.
Tramp həmçinin qarşıdan gələn prezident seçkilərində rəqibi, Demokratlar Partiyasından namizəd Co Baydeni peyvənd əleyhinə ritorika ilə milyonlarla insanın həyatını təhlükə altına qoymaqda qınayıb.