Tramp ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə Uilyam Poltini təyin edib

ABŞ Prezidenti Donald Tramp Uilyam Poltinin Milli Kəşfiyyatın direktor vəzifəsini icra edən təyin edildiyini açıqlayıb.

O bu barədə “Truth Social” sosial şəbəkə hesabında bildirib.

“Mən Mənzil Maliyyələşdirməsi üzrə Federal Agentliyin direktoru Uilyam Poltini Milli Kəşfiyyat direktorunun səlahiyyətlərini icra edən vəzifəsinə təyin edirəm. O, ABŞ ilə bağlı ən həssas sahələr – təhlükəsizlik və bazarların dayanıqlılığı məsələlərində böyük təcrübəyə malikdir”, – Tramp qeyd edib.

Mayın sonunda ABŞ-nin Milli Kəşfiyyat direktoru Tulsi Qabbard həmin vəzifəni tərk etdiyini bildirib. Qabbard bu qərarını həyat yoldaşının ağır xəstəliyi ilə əsaslandırıb.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər