8 C
Baku
Friday, December 19, 2025

Tramp ABŞ-nin $901 milyardlıq müdafiə büdcəsini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün milli müdafiə haqqında qanunu imzalayıb. Sənədin ümumi həcmi 901 milyard dollar təşkil edir. Qanun dekabrın 17-də ABŞ Konqresi tərəfindən təsdiqlənib.

Ağ Evin açıqlamasında bildirilir ki, bu büdcə Pentaqona “Sülh güc vasitəsilə” strategiyasını həyata keçirməyə, ölkənin müdafiəsini gücləndirməyə və hərbi-sənaye bazasını möhkəmləndirməyə imkan verəcək.

Qanuna əsasən, 2026 və 2027-ci illərdə Ukraynaya dəstək məqsədilə hər il 400 milyon dollar ayrılması nəzərdə tutulur. Eyni zamanda sənəd ABŞ-nin müdafiə nazirini Ukraynaya kəşfiyyat məlumatlarının verilməsinin müvəqqəti dayandırılması və ya tamamilə dayandırılması ilə bağlı Konqresi məlumatlandırmağa məcbur edir.

ABŞ-nin 2025-ci maliyyə ili üçün əvvəlki hərbi büdcəsi 884 milyard dollar idi. Yeni qanun müdafiə xərclərinin ardıcıl şəkildə artırılması tendensiyasını təsdiqləyir.

Son xəbərlər
Digər xəbərlər