20 C
Baku
Saturday, November 1, 2025

Tramp administrasiyası Suriyaya qarşı sanksiyaların ləğvini dəstəkləyir

ABŞ prezident Donald Trampın administrasiyası ABŞ-nin “Sezar Aktı” çərçivəsində Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvini dəstəkləyir.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Administrasiya “Sezar Aktı”nın ləğvini dəstəkləyir. Konqres bu güzəşti Milli Müdafiə Səlahiyyəti Aktına daxil etməlidir. Suriyaya qarşı sanksiyaların ləğvi əsas məqsədimizin – İŞİD-in davamlı məğlubiyyətinin bütövlüyünü qoruyur və Suriya xalqına daha yaxşı gələcək üçün şans verəcək”, – məlumatda deyilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər