12 C
Baku
Wednesday, April 24, 2024

Tramp Avropa İttifaqını “soyğunçuluqda” ittiham edib

ABŞ prezidenti Donald Tramp, Avropa İttifaqı ölkələrini “soyğunçuluqda” ittiham edib.

Banker.az xəbər verir ki, o, bunu Fox News kanalı tərəfindən yayımlanan “Turning Point USA” məktəbli şagirdlərin konfransında deyib.

“Digər ölkələr bizi dəhşətli dərəcədə soyur, onlar arasında bizim müttəfiqlərimiz də var. Avropa İttifaqı ticarət sahəsində Çinlə müqayisədə daha pisdir. Onlar bizi məhv edirlər”, – deyə prezident bildirir.

Onun sözlərinə görə, Avropa İttifaqı iqtisadi sahədə ABŞ-a qalib gəlmək məqsədilə yaradılıb.

Xatırladaq ki, iyulda Almaniyanın iqtisadiyyat və energetika naziri olan Peter Altmaier, Avropa İttifaqının bir sıra amerikan mallarına ticarət tariflərini sıfıra endirməyə hazır olduğunu bildirmişdir. Bundan  əlavə, nazir ABŞ əsilli biznesmenlərə kömək etmək niyyətində olduğunu deyib.

ABŞ-ın ticarət nümayəndəliyi isə Aİ-na münasibətdə rüsumları genişləndirməyi təklif edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər