15 C
Baku
Saturday, April 27, 2024

Tramp: “Azad dünya öz milli köklərinə dəyər verməlidir”

BMT Baş Assambleyasında dünya liderləri qarşısındakı çıxışda Prezident Donald Tramp “Amerika Birinci” platformasını təşviq edib.

 “Voice of America”ya istinadə, qlobalizmin mənfi fəsadlarına diqqət yetirən Tramp milli suverenitetin və vətənpərvərliyin önəmlərindən söz açıb.

“Azad dünya öz milli köklərinə dəyər verməlidir. O, onları silməyə, yaxud əvəzləməyə çalışmamalıdır,” ABŞ prezidenti bəyan edib. “Müdrik liderlər həmişə öz xalqlarının rifahına və öz ölkələrinə önəm verirlər. Gələcək qlobalistlərə mənsub deyil. Gələcək patriotlara mənsubdur”.

Trampın sözlərinə görə, qlobalizm keçmiş liderlər üzərində dini təsirə malik olaraq “onların öz milli maraqlarına məhəl qoymamasına yol açdı,”.

“Lakin ABŞ-a gəldikdə, o günlər arxada qalıb”, – deyə Tramp bildirib.

Seçki kampaniyasında tez-tez səsləndirilən tezislərə toxunaraq Tramp ABŞ iqtisadiyyatının hazırkı durumuna, rekord aşağı işsizliyə səbəb olan “artımpərəst” siyasətinə diqqət çəkib. Tramp eyni zamanda açıq sərhədlər tərəfdarı kimi təsvir etdiyi opponentlərini tənqid edib.

ABŞ-ın Meksika ilə cənub sərhədlərində qeyri-qanuni müharicət siyasəti ilə bağlı üzləşdiyi tənqidləri rədd edən Tramp onları öz ideologiyalarını mənəvi dəyərlərdən üstün tutmaqda ittiham edib: “Sizin siyasətiniz ədalətli deyil. Sizin siyasətini qəddar və şər xislətlidir”.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər