ABŞ-ın hazırkı prezidenti respublikaçı Donald Tramp demokrat Cozef Baydenin andiçmə mərasimi günü helikopterlə uçmağı və Floridada qalmağı planlaşdırdığını söyləyib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirildiyi kimi, Tramp Baydeni nə Ağ Evdə qarşılayacaq, nə də andiçmə mərasimində iştirak edəcək. Bəzi mənbələrə görə, bunun yerinə prezident kütləvi mitinqdə 2024-cü il seçkilərində iştirak edəcəyini elan etməyi planlaşdırır.
Rəsmi olaraq Ağ Ev Trampın planları ilə bağlı heç bir açıqlama verməyib. “Prezidentin 20 yanvar tarixi üçün nəyi planlaşdırdığını bildiyini iddia edən anonim mənbələrin bu barədə heç bir məlumatı yoxdur”, – Ağ Evin mətbuat katibinin müavini söyləyib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda keçirilib. Trampın əsas rəqibi olan demokrat Co Bayden seçkilərdə qalib gəldiyini elan edib. Bundan baxmayaraq, Tramp məğlubiyyətini qəbul etməkdən hələ də imtina edir.