12 C
Baku
Wednesday, April 24, 2024

Tramp: “Biz Səudiyyə Ərəbistanına kimin hücum etdiyini bilirik və döyüşə hazırıq”

ABŞ prezidenti Donald Tramp bildirib ki, cavab tədbirləri görmək üçün Ər-Riyadın təsdiqini gözləyir.

“Biz Səudiyyə Ərəbistanına kimin hücum etdiyini bilirik və istintaqın nəticələrindən asılı olaraq döyüşə hazırıq”.

Banker.az xəbər verir ki, bundan əlavə, Amerika prezidenti bildirib ki, neft bazarında sabitliyi qoruyub saxlamaq üçün ABŞ-ın strateji neft ehtiyatlarının istifadəyə verilməsinə icazə verib.

Xatırladaq ki, sentyabr 14-də Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinə məxsus olan iki zavoda (Abkayka və Huraysa) hücum edilib. Bu, son 10 ildə ən genişmiqyaslı hücum olub.

Hücumların nəticəsində şirkət neft istehsalını gündə 5,7 milyon barelə və ya 50%-ə qədər azaltmaq məcburiyyətində qalıb. Bu, dünya neft istehsalının 5%-ni təşkil edir.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər