12 C
Baku
Wednesday, March 12, 2025

Tramp bu həftə Putinlə danışacaq

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə bu həftə danışmağa ümid etdiyini bildirib. Cənab Trampın sözlərinə görə, Ukrayna atəşkəsə razılaşıb, indi Rusiya prezidentinin buna razılıq verməsi zamanıdır.

“Ukrayna atəşkəslə razılaşıb, indi biz prezident Putinə müraciət etməliyik ki, o da razılaşsın və biz bu prosesi irəli apara bilək”, – Tramp söyləyib.

Xatırladaq ki, fevralın 12-də Vladimir Putin və Donald Tramp telefon danışıqları aparıblar və digər məsələlərlə yanaşı, Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər. Nəticədə onların şəxsi görüşünə hazırlıq başlayıb, lakin tarix hələ müəyyən edilməyib.

Son xəbərlər
Digər xəbərlər