24 C
Baku
Monday, April 29, 2024

Tramp Cənubi Karolinada keçirilən praymerizdə qalib gəlib

Donald Tramp Cənubi Karolinada səslərin əksəriyyətini qazanaraq prezidentlik yarışında respublikaçıların favoriti olaraq qalır. Onun əsas rəqibi Nikki Heyli isə hələlik təslim olmaq fikrində deyil, Banker.az bu barədə The Bell nəşrinə istinadən xəbər verir.

ABŞ-ın keçmiş prezidenti Cənubi Karolinada keçirilən praymerizdə inamla qalib gəlir. O, keçmiş qubernator Heylinin 39.5%-i ilə müqayisədə 59.8% səs toplayıb. Qələbə nitqində Tramp deyib ki, o, heç vaxt Respublikaçılar Partiyasını indiki qədər vahid görməmişdi. Heyli isə deyib ki, Cənubi Karolinadakı nəticələr “çox sayda seçicinin” “alternativ namizəd istədiyini” göstərir.

Heylinin sözlərinə görə, o, seçicilərə seçim imkanı vermək üçün yarışda qalacaq, lakin onların Trampı dəstəkləməyi dayandıracaqlarına işarə yoxdur. Onun arxasında daha üç qələbə var – Nevada, Ayova və Nyu-Hempşir. Bu amil Trampı noyabr seçkilərində ABŞ prezidentliyinə ən çox ehtimal olunan respublikaçı namizəd edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər