10 C
Baku
Thursday, December 12, 2024

Tramp Çin şirkətlərinə sərmayə etməyi qadağan edən fərman imzaladı

ABŞ prezidenti Donald Tramp, Vaşinqtona görə ÇXR Silahlı Qüvvələri ilə əlaqəsi olan bir sıra Çin şirkətlərinə sərmayə etməyi qadağan edən fərman imzalayıb.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Müvafiq sənəd Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb.

Fərmana əsasən, bu cür şirkətlərin qiymətli kağızları ilə əməliyyatlara qoyulmuş qadağa 2021-ci il yanvarın 11-dən qüvvəyə minəcək. Söhbət xüsusilə Pentaqonun bu ilin əvvəlində Çin hərbi sənayesi ilə əlaqəli təşkilatlar siyahısına əlavə etdiyi şirkətlərdən gedir.

Son xəbərlər
Digər xəbərlər