13 C
Baku
Saturday, November 23, 2024

Tramp Çindən gələn avtomobillərə 100-200% rüsum tətbiq etməyi planlaşdırır

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp deyib ki, seçkidə qalib gəlsə, “Amerika avtomobil sənayesini tamamilə məhv olmaqdan xilas edəcək”. Mümkün tədbirlərdən biri kimi o, Çin avtomobillərinə 100-200% rüsumun tətbiqini göstərib.

Miluokidə Respublikaçıların Milli Qurultayında çıxış edən Donald Tramp ABŞ prezidenti Co Bayden administrasiyasının qəbul etdiyi elektriklə işləyən avtomobillərə kütləvi keçid strategiyasını tənqid edib. O, 2032-ci ilə qədər ABŞ-də satılan yeni avtomobillərin əksəriyyətinin elektrik mühərriki ilə təchiz edilməsi tələbini aradan qaldırmaq niyyətində olduğunu bildirib.

“Hazırda Meksikada böyük zavodlar tikilir. Çin onları maşın istehsal etmək və ABŞ-yə satmaq üçün tikir. Onlar dünyanın ən böyük  zavodlarını tikirlər. Bu zavodlar ABŞ-də tikiləcək və orada bizim insanlar işləyəcək. Əgər razılaşmasalar, o zaman biz hər avtomobilə təxminən 100-200% tarif tətbiq edəcəyik və onların ABŞ-də satışı qeyri-mümkün olacaq”, – Tramp söyləyib.

2023-cü ilin sentyabrında ABŞ-də avtomobil işçilərinin onilliklər ərzində ən böyük tətili baş verib. Tətildə “General Motors”, “Ford” və “Stellantis” zavodlarının işçiləri iştirak edib – ümumilikdə 50 min nəfər. Onlar əmək haqlarının tədricən artırılmasına zəmanət verilməsini, pensiyaların yaxşılaşdırılmasını və əvvəlki əmək müqavilələrində göstərilən müavinətlərin siyahısının bərpasını tələb ediblər.

Son xəbərlər
Digər xəbərlər