7 C
Baku
Sunday, December 15, 2024

Tramp Çini valyuta manipulyasiyalarında günahlandırıb

ABŞ prezidenti Donald Tramp, yuanın ilk dəfə 7 dollardan aşağı düşməsindən sonra Çini milli valyutanı manipulyasiya etməkdə günahlandırıb.

Banker.az xəbər verir ki, “Çin öz valyutasını tarixi minimuma endirib. Buna “valyuta manipulyasiyası” deyilir. FED, eşidirsinizmi? Bu, zamanla Çini çox zəiflədəcək ciddi bir pozuntudur!” – Tramp Twitter hesabında yazıb.

Tarixən valyutasını nəzarətdə saxlayan Çin, ABŞ ilə gedən ticarət müharibəsinin fonunda yuanın tarixi minimuma düşməsinə imkan verib.

Çin Xalq Bankı bildirir ki, yuanın düşməsi tərəflər arasında gedən ticarət müharibəsi ilə əlaqəli deyil. Mərkəzi Bankın rəhbəri, Çinin xarici problemlərini həll etmək üçün vasitə olaraq valyuta məzənnəsindən istifadə etməyəcəyini söyləyib. Bu haqda CNBC xəbər verir.

Xatırladaq ki, üç ay bundan əvvəl Tramp heç bir ölkəni valyuta manipulyasiyalarında ittiham etməyəcəyinə söz verib.

2016-cı ilin seçki kampaniyası zamanı prezident Çini valyuta manipulyatoru adlandıracağını bildirmişdir. Bu günə qədər Tramp administrasiyası vədini yerinə yetirməkdən çəkinib.

Vesti.Ekonomika-nın verdiyi məlumata görə, ABŞ 1 sentyabrdan etibarən Çindən idxal olunan bütün mallara 10%-lik gömrük rüsumunu tətbiq etmək niyyətindədir. Tramp bildirib ki, tədricən tariflər 25%-a qədər artırıla bilər.

Pekin cavab tədbirləri görməyə söz verib.

 

Son xəbərlər
Digər xəbərlər