10 C
Baku
Wednesday, December 11, 2024

Tramp COVID-19 virusun qurbanlarına 100 milyard dollar ayırıb

ABŞ prezidenti Donald Tramp, koronavirus xəstəliyinə yoluxmuş amerikalılara 100 milyard dollar məbləğində sosial və maddi yardım göstərilməsi haqqında qanun imzalayıb.

Banker.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Yeni qanuna əsasən, ABŞ-da koronavirusa yoluxmuş amerikalılar ödənişli məzuniyyətə buraxılacaq. Bundan əlavə, sənəd vergi güzəştləri, ərzaq yardımı və COVID-19  virusunu aşkar edən testin pulsuz keçirilməsini nəzərdə tutur.
CNBC-nin verdiyi məlumata görə, bu tədbirlər ölkədə artan işsizlik fonunda iqtisadi böhranın inkişafının qarşısını almaq üçün hazırlanıb.

Virusun yayılmasının qarşısını almaq məqsədilə Kanada və ABŞ arasındakı sərhəd bağlanıb.
Xatırladaq ki, ümumilikdə ABŞ-da 9365 nəfər yoluxub, 153 nəfər dünyasını dəyişib, 108 nəfər isə tamamilə sağalıb.

Son xəbərlər
Digər xəbərlər