5 C
Baku
Saturday, January 17, 2026

Tramp deyir ki, hazırda Venesuelaya ABŞ nəzarət edir

ABŞ Prezidenti Donald Tramp iddia edib ki, hazırda Venesuelaya ABŞ nəzarət edir.

Bunu Donald Tramp Palm-Biçdəki (Florida ştatı) küçələrdən birinin adının onun şərəfinə dəyişdirilməsi münasibətilə etdiyi çıxışında bildirib.

O, həmçinin Venesuela prezidenti Nikolas Maduronun ABŞ-a və dünyanın qalan hissəsinə qarşı cinayətlərə görə məsuliyyət daşıdığını bildirib.

Tramp Venesuelaya işarə edərək deyib: “Bu ayın əvvəlində buradan, Mar-a-Laqo mülkümdən qeyd etdiyim kimi, Maduronu ABŞ-yə və dünyanın qalan hissəsinə qarşı cinayətlərinə görə ələ keçirdik və indi bu ölkəni biz idarə edirik”.

Onun fikrincə, Venesuela cəmi bir həftə ərzində kəskin şəkildə dəyişən fərqli bir ölkədir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər