19 C
Baku
Thursday, April 25, 2024

Tramp: Dincəlmirəm, işləyirəm

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl mətbuata sızan iş qrafiki ilə bağlı qalmaqaldan sonra ünvanına səslənən tənqidlərə reaksiya göstərib.

Bundan əvvəl Trampın Ağ Evdəki gündəlik iş qrafikinin 60 faizə yaxınını şəxsi işlərinə sərf etdiyi barədə xəbər yayılmışdı.

Ağ Ev rəhbəri bu iddialara “Twitter” səhifəsində cavab verib.

“Əslində, məndən əvvəl gəlib-getmiş prezidentlərlə müqayisədə, daha çox işləyirəm”, – deyə Tramp qeyd edib.

Amerikalı lider bildirib ki, jurnalistlər onun haqqında mənfi yox, müsbət fikirlər səsləndirməlidir.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər