10 C
Baku
Thursday, December 12, 2024

Tramp FED-ə səsləndi: “Faiz dərəcəsini endir”

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sistemini (FED) faiz dərəcəsini rəqib ölkələrin səviyyəsinədək endirməyə çağırıb.
Bu barədə dövlət başçısı “Twitter” hesabında yazıb.
“Faiz dərəcələrini çox cəld qaldıran və tez aşağı salan Cay Pouellin rəhbərliyindəki bu acınacaqlı, astagəl Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsini rəqibimiz olan ölkələrin səviyyəsinə endirsin. Onlar indi hətta daha böyük valyuta məzənnəsinin yardımı ilə belə vur-tut iki faiz bəndi irəlidədir”, – D.Tramp yazıb.
Qeyd edək ki, 2008-ci il böhranından sonra ilk dəfədir martın 3-də fövqəladə iclas keçirən FED yeni koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində faiz dərəcəsini 1,5 – 1,75 faizdən 1 – 1,25 faizədək endirib.
Bakupost
Son xəbərlər
Digər xəbərlər