ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauelin fəaliyyətini tənqid edib. Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb. O, cənab Paueli “daim gecikən və səhv edən” adlandırıb və əlavə edib ki, onun istefası çoxdan gecikib.
FED sədri Cerom Pauel aprelin 16-da Çikaqo İqtisadi Klubunda çıxışı zamanı ABŞ prezidentinin tətbiq etdiyi yüksək tarif dərəcələrindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, bu qərar iqtisadi artımın yavaşlamasına və inflyasiyanın artmasına səbəb ola bilər. O xəbərdarlıq edib ki, qiymət sabitliyi və məşğulluq risk altında ola bilər.
ABŞ prezidenti Donald Tramp daha əvvəl də Cerom Paueli tənqid edib. Onun səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır.