24 C
Baku
Thursday, April 18, 2024

Tramp: “Hər şeyi düzgün etməsəniz, tarixdə “şeytan” olaraq qalacaqsınız”

ABŞ prezidenti Donald Tramp, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana yazdığı məktubda kürdlərlə müqavilə bağlamağı təklif edərək, əks təqdirdə Türkiyə iqtisadiyyatını məhv edəcəyini bildirib.

Banker.az xəbər verir ki, məktub oktyabrın 9-da göndərilib.

“Hər şeyi düzgün etsəniz, tarix sizə təşəkkür edəcəkdir. Əks təqdirdə, tarixdə “şeytan” olaraq qalacaqsınız. Sərt olmayın. Axmaq olmayın”, – mesajda deyilir.

Xatırladaq ki, oktyabrın 9-da Rəcəb Tayyib Ərdoğan Suriyanın şimal-şərqində “Sülh mənbəyi” əməliyyatına başladığını elan etmişdir. Bu əməliyyatın əsas məqsədi Türkiyənin cənub sərhədlərində terror dəhlizini  dağıtmaq və regionda sabitliyi təmin etməkdir. Türkiyə mətbuatının verdiyi məlumata görə, əməliyyat Kürdüstan Fəhlə Partiyasına və Türkiyə ərazisində qadağan olunmuş İslam Dövləti terrorçu qrupuna qarşı yönəldilib.

Avropa ölkələrinin, xüsusən Fransa, Almaniya və Böyük Britaniyanın liderləri Suriyada başlayan hərbi əməliyyatı sərt şəkildə pisləyərək, BMT Təhlükəsizlik Şurasının çağrılmasına çağırıblar. Almaniya kansleri Angela Merkel, Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığında hərbi əməliyyata son qoyulmasının lehinə danışıb, Fransa isə Türkiyəyə silah tədarükünü dayandırıb.

Son xəbərlər
Digər xəbərlər