15 C
Baku
Tuesday, November 19, 2024

Tramp Harrislə təkrar debatdan imtina etməsinə izah gətirib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə təkrar debatdan imtina etdiyini açıqlayıb. O, debatın keçirilməsinin mənasız olduğunu izah edib, çünki onun fikrincə, xanım Harris ABŞ-nin hazırkı prezidenti Co Baydenin seçdiyi kursu davam etdirmək niyyətindədir.

Donald Tramp və Kamala Harris arasında debatın ilk raundu sentyabrın 10-da baş tutub. CNN/SSRS sorğusuna əsasən, qeydə alınmış seçicilərin 63%-i xanım Harrisin qalib gəldiyini bildirib. Eyni zamanda, cənab Tramp deyib ki, bu, onun “indiyə qədərki ən yaxşı debatı”dır.

Amerikanın 47-ci prezidentinin seçkiləri noyabrın 5-də keçiriləcək. “New York Times”ın hesablamalarına görə, Kamala Harris Trampı 2% qabaqlayır. Nəşrin respondentlərinin təxminən yarısı ona səs verməyə hazır olduğu bildirib.

Son xəbərlər
Digər xəbərlər