ABŞ prezidenti Donald Tramp şirkətin sahibi İlon Maska dəstək olmaq üçün “Tesla” avtomobili alacağını bildirib.
“Sabah səhər mən İlon Maska etimad və dəstək olaraq tamamilə yeni Tesla alacağam. Niyə o, Amerikanı yenidən möhtəşəm etmək üçün böyük səlahiyyətlərindən istifadə etdiyinə görə cəzalandırılmalıdır?”, – deyə prezident bildirib.
Xatırladaq ki, “Tesla” Avropada kəskin şəkildə azalıb. Müşahidəçilər buna səbəb kimi İlon Maskın bəyanatlarını, o cümlədən Hökumətin Effektivliyi Departamentindəki işi kontekstində, həmçinin Avropada ifrat sağçı partiyalara dəstəyini göstərirlər. İlon Maskın Donald Tramp administrasiyasındakı hərəkətlərinə qarşı ABŞ-nin müxtəlif şəhərlərində, eləcə də London, Barselona, Lissabon və Reykyavikdə etiraz aksiyaları keçirilib.







