6 C
Baku
Sunday, December 15, 2024

Tramp: “İmpiçment qərarını “cadugərlərin ovu” kimi qiymətləndirmək olar”

ABŞ prezidenti Donald Tramp, dövlət başçısının impiçmentini elan edən Palatanın spikeri Nensi Pelosinin açıqlamasına cavab verib. Prezidentin fikrincə, demokratlar tərəfindən verilən bu qərarı “cadugər ovu” kimi qiymətləndirmək olar.

Banker.az xəbər verir ki, “BMT üçün çox vacib olan bir gündür, iş və uğur çoxdur, demokratlar isə onu qəsdən məhv etdi”, – deyə prezident öz Twitter hesabında yazıb.

Tramp bildirir ki, demokratlar Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığının transkriptinin dərs olunması belə gözləməyib.

Xatırladaq ki, sentyabrın 24-də ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Donald Trampa qarşı impiçment prosedurunun başladığını elan edib. Onun fikrincə, prezident öz hərəkətləri ilə “Konstitusiyanı ciddi şəkildə pozub”.

Donald Tramp Ukraynalı həmkarı Zelenski ilə telefon danışığı zamanı ondan Amerikanın keçmiş vitse-prezidenti Co Baydenə qarşı araşdırmaya başlamasını tələb edib. Qeyd edək ki, Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini sürüb.

Son xəbərlər
Digər xəbərlər