25 C
Baku
Thursday, September 29, 2022

Tramp İranın Xarici İşlər naziri ilə görüşmək istəməyib

ABŞ Prezidenti Donald Tramp Fransanın Biarritz şəhərində keçirilən G7 sammitində İranın Xarici İşlər naziri Cavad Zəriflə görüşdən imtina etdiyini bildirib.

Reuters informasiya agentliyinə istinadən, ABŞ Prezidentinin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron ondan Cavad Zərifin G7 sammitinə gəlməsinə razılıq verməsini xahiş edib.

ABŞ prezidenti deyib ki, belə görüş çox tezdir. O, İranı güclü dövlət kimi görmək istəyir və orada hakimiyyət dəyişikliyinə can atmır.

Cavad Zərifin bazar günü Fransaya səfər etməsi gözlənilməz olub – İranın xarici işlər naziri hələ avqustun 23-də Parisdə prezident Emmanuel Makronla nüvə sazişi ətrafında müzakirələr aparmışdı.

Son xəbərlər
Oxşar xəbərlər