ABŞ prezidenti Donald Tramp bildirib ki, İran ətrafındakı vəziyyətlə bağlı görüş iyulun 12-də keçirilib və tərəflər müəyyən razılaşmalar əldə ediblər. Lakin daha sonra Tehran Vaşinqtondan razılaşmaya dəyişikliklər edilməsini istəyib, ABŞ isə bunu qəbul etməyib.
“Dünən son anda görüşümüz oldu. Onlarla hər şey son anda baş verir. <…> Dünən hər şey razılaşdırılmışdı. Sonra onlar otaqdan çıxdılar, yenidən zəng edib dedilər ki, bir neçə dəyişiklik etmək lazımdır”, – deyə Tramp Fox News telekanalının efirində İran ətrafındakı vəziyyəti şərh edərkən bildirib.
ABŞ prezidenti əlavə edib ki, “Mən dedim: “Dəyişikliklər? <…> Biz heç bir dəyişiklik etməyəcəyik”. Tramp görüşün detalları barədə əlavə məlumat verməyib.






