18 C
Baku
Thursday, May 16, 2024

Tramp kriptovalyuta bazarında gələcək “partlayış” barədə xəbərdarlıq edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, valyuta dollar formatında olmalıdır və rəqəmsal aktivlərə heç bir şəkildə nəzarət edilməməsi çox təhlükəlidir.

Banker.az xəbər verir ki, “Düşünürəm ki, valyuta dollar formatında olmalıdır. Buna görə də, mən kriptovalyutaların tərəfdarı deyiləm. Rəqəmsal aktivlər bazarı böyüməyə davam edir, lakin heç kim ona nəzarət etmək üçün səy göstərmir”, – deyə milyarder söyləyib.

Bununla yanaşı, eks-prezident həyat yoldaşı Melaniya Trampın NFT layihəsini dəstəkləyib. Onun təqdimatı ötən həftə baş tutub. NFT-ni dekabrın 31-dək hər token üçün 150 dollara almaq olar.

Donald Tramp dəfələrlə kriptovalyutaları tənqid edib. Məsələn, sentyabr ayında o, rəqəmsal aktivlərə investisiyanın fəlakətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Milyarderin fikrincə, kriptovalyutaya investisiya qoyuluşu ABŞ dollarına ziyan vurur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər