9 C
Baku
Thursday, December 12, 2024

Tramp kürdlərlə bağlı məsələdə Türkiyəni sanksiya ilə təhdid edib

ABŞ prezidenti Donald Trump, Türkiyə ordusuna, onun Suriyanın şimal-şərqindəki kürd mövqelərinə hücum edəcəyi təqdirdə iqtisadi zərbə vuracağını söyləyib.

Banker.az xəbər verir ki, bu barədə öz Twitter səhifəsində Donald Trumpyazır.

Amerika ordusunun Suriyadan çıxacağından bəhs edərək, eyni zamanda ölkədə “İslam dövləti” nin qalan mövqeləri ilə mübarizə edəcəyini bildirib. Eyni zamanda, o, Birləşmiş Ştatların müttəfiqləri olan Suriya kürdlərinin taleyi məsələsinə də toxunub.

“Əgər Türkiyə kürdlərə hücum edərsə, biz ona qarışı iqtisadi zərbə vuracağıq. 20 millik təhlükəsizlik zonası yaradılmalıdır. Eyni zamanda, kürdlərin Türkiyəni, Rusiyanı, İranı və Suriyanı təhrik etməsini istəmirəm. Onların İŞİD-ə qarışı mübarizədə böyük töhfələri olub. Bunun üçün onlara minnətdarıq, amma indi qoşunları evə qaytarmaq lazımdır”, – deyə Amerika prezidenti yazmışdır.

11 yanvar tarixində Trump-ın milli təhlükəsizlik müşaviri John Bolton, suriyalı kürdlərin Amerika qoşunlarının çıxarılmasından sonra çox çətin vəziyyətə düşəcəklərini söyləyib. Onun sözlərinə görə, Vaşinqton Ankaranın kürdlərə qarşı təcavüz etməyəcəyini ümid edir.

Trump Suriyadan Amerika qoşunlarının çıxarılmasını elan etməzdən əvvəl də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Suriyanın şimal-şərq hissəsinə nəzarət edən kürdlərə qarşı hərbi əməliyyatın hazırlanacağını açıqlamışdı.

28 dekabrda Suriya hökumət ordusu son altı ildə ilk dəfə olaraq kürdlərin nəzarəti altındakı Manbidj şəhərinə girdi və orada Suriya bayrağı qoydu. Ərdoğan, Suriya  ordusunun bu addımını “psixoloji əməliyyat” adlandırıb. Kremldə Bəşəd Əsəd ordusunun şəhərə girişini, bölgədə vəziyyətin sabitləşdirilməsi üçün müsbət bir addım kimi qiymətləndirirlər.

Son xəbərlər
Digər xəbərlər