ABŞ Milli Kəşfiyyat İdarəsi direktorunun səlahiyyətlərini Milli Antiterror Mərkəzinin rəhbəri Cozef Maquayr icra edəcək.
TASS informasiya agentliyinə istinadən, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb. O, avqustun 15-dən Cozef Maquayrın Milli Kəşfiyyat İdarəsi direktorunun səlahiyyətlərini icra edəcəyini bildirib.
Xatırladaq ki, Milli Kəşfiyyat İdarəsinin hazırkı direktoru Daniel Kouts avqustun 15-də bu vəzifəni tərk edəcək.