Tramp müharibənin vurduğu zərəri ödəmək üçün İranın dondurulmuş aktivlərindən istifadə edəcəyini vəd edib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Hörmüz boğazında İranın kommersiya gəmilərinə və yüklərə endirdiyi zərbələr nəticəsində dəyən istənilən zərəri İranın dondurulmuş aktivləri hesabına kompensasiya edəcək.

“Bu zərər kifayət qədər böyük ola bilər, lakin bu, ədalətli və obyektiv qərardır”, — deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb.

Reuters agentliyi hələ iyun ayında mənbəyə istinadən bu ideyanın nəzərdən keçirildiyini bildirmişdi. The Wall Street Journal qəzetinin məlumatına görə, dünya üzrə ümumilikdə 100 milyard dollara qədər İran aktivi dondurulmuş vəziyyətdə ola bilər.

Bu vəsaitlərin ən böyük hissəsi Çində saxlanılır və onun həcmi 20–50 milyard dollar arasında qiymətləndirilir. İkinci yerdə 15 milyard dollarla İraq, üçüncü yerdə isə hər biri təxminən 7 milyard dollar olmaqla Hindistan və Cənubi Koreya qərarlaşıb. ABŞ-də isə təxminən 2 milyard dollarlıq İran aktivi saxlanılır.

İyunun sonunda keçirilən danışıqlarda Tehran Vaşinqtonun 12 milyard dollarlıq İran aktivlərini blokdan çıxarmağa hazır olduğunu bildirmişdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər