10 C
Baku
Thursday, December 12, 2024

Tramp: OPEC Harrisin qalib gəlməsi ümidi ilə neft qiymətlərini aşağı salmağa çalışır

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib ki, OPEC ölkələri vitse-prezident Kamala Harrisin seçkilərdə qalib gəlməsi ərəfəsində neft qiymətlərini aşağı salmağa çalışırlar. Onun fikrincə, xanım Harrisin ABŞ-nin yeni prezidenti seçilməsi ölkə üçün fəlakətli nəticələrə səbəb olacaq.

“OPEC ölkələri çılğın Kamala Harrisin qalib gələcəyi ümidi ilə neft qiymətlərini aşağı salmaq üçün hər şeyi edirlər. Onda həqiqətən faydasını görəcəklər! Bu, ABŞ üçün fəlakət olacaq!”, – Tramp bildirib.

İyunun 2-də OPEC+ ölkələri Səudiyyə Ərəbistanında keçirilən iclasda qiymətləri saxlamaq üçün neft hasilatının qismən azaldılmasını bərpa etmək barədə razılığa gəliblər. Əlcəzair, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Oman neft hasilatının gündəlik 1.7 milyon barrel azaldılmasını könüllü olaraq 2025-ci ilin sonuna qədər uzadıblar.

Son xəbərlər
Digər xəbərlər