1 C
Baku
Saturday, December 14, 2024

Tramp polislərə boğucu metodlardan istifadə etməyi qadağan etdi

ABŞ prezidenti Donald Tramp, polis əməkdaşlarına boğucu metodlardan istifadə etməyi qadağan edən sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənəddə deyilir ki, bundan sonra şübhəlilərə qarşı güc tətbiq edilməsi məsələsinə daha ciddi yanaşılacaq. Xüsusilə, həbslər zamanı boğucu metodlardan istifadə etmək qadağan ediləcək. “Ştatın və ya yerli hüquq-mühafizə orqanın güc tətbiq etməsi ilə bağlı siyasəti boğucu metodların istifadəsini qadağan edir – insanın nəfəs almaq imkanını məhdudlaşdıran fiziki manevr”, – sərəncamda deyilir.

Prezidentin sərəncamı ilə özündə polis haqqında bütün məlumatları, o cümlədən onun xidmət göstərdiyi müddətdə yol verdiyi qanun pozuntularını əks etdirən milli baza yaradılacaqdır. Sərəncamda hüquq-mühafizə orqanlarının əməkdaşlarının təlim alacağı federal qrantların ayrılmasına xüsusi diqqət yetirilir. Təlimin bir hissəsi olaraq onlara münaqişələrin sülh yolu ilə həlli üsulları öyrədiləcəkdir. Bundan əlavə, sənəddə deyilir ki, bütün yeniliklər dövlət qurumları arasında məlumat mübadiləsini yaxşılaşdırmaq üçün hazırlanmışdır.

“Amerikalılar həqiqəti bilirlər: polis olmasa, ölkəni xaos bürüyəcək. Qanun olmasa – anarxiya. Təhlükəsizlik olmasa – fəlakət”, – prezident bildirir.

Xatırladaq ki, ABŞ-da polis islahatının həyata keçirilməsi iğtişaşlar zamanı dəfələrlə səsləndirilib. Belə ki, cinayətkarları həbs edərkən çox vaxt boğucu metodlardan istifadə olunurdu ki, bu da Corc Floydun ölüm səbəbi olmuşdur. Qeyd edildiyi kimi, Floydun həbs edilməsində iştirak edən bütün polislər işdən çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər