Tramp: Putin və Zelenski razılaşma əldə etmək istəyirlər

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanması imkanlarına nikbin yanaşır. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib ki, hazırda Ukraynada sülh ehtimalı az görünə bilər, lakin məhz müharibə dövründə bəzən hərbi əməliyyatlara son qoymaq üçün fürsət yaranır.

“Prezident Vladimir Putinlə yaxşı söhbətim oldu… Bundan sonra Prezident Volodimir Zelenski ilə də danışdım. Düşünürəm ki, hər ikisi razılaşma əldə etmək istəyir. Təəssüf ki, bu qədər uzun çəkdi. Amma hesab edirəm ki, nəsə alınacaq”, – deyə ABŞ prezidenti bildirib.

Türkiyənin “Milliyet” qəzetinin məlumatına görə, Rusiya ilə Ukrayna arasında danışıqların bərpası Tramp və Ərdoğanın görüşündə əsas müzakirə mövzularından biri olacaq.

Rusiya və Ukrayna arasında son birbaşa danışıqlar raundu 2026-cı ilin fevralında keçirilib. Donald Tramp ABŞ ilə İran arasında münaqişə başa çatdıqdan sonra sülhə nail olunması istiqamətində səyləri bərpa edəcəyinə söz verib. İyun ayında isə o, döyüş əməliyyatlarının dayandırılması naminə Ukrayna və Avropa İttifaqına təsir göstərəcəyini bildirib və Rusiyanı razılaşma əldə etməyə çağırıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər