10 C
Baku
Thursday, December 12, 2024

Tramp Rusiya və Səudiyyə Ərəbistanı ilə neft qiymətlərini müzakirə edəcəyinə söz verdi

ABŞ prezidenti Donald Tramp, Rusiya və Səudiyyə Ərəbistanı ilə neft qiymətlərinin müzakirəsində iştirak edəcəyini açıqlayıb.

Banker.az xəbər verir ki, bu haqda “Fox News” məlumat verib.

“Hər iki ölkə bu məsələni müzakirə edir və lazım gələrsə, mən də onlara qoşulacağam”, – Tramp bildirib.

Bununla yanaşı, Tramp neft bazarındakı vəziyyəti vurğuladı və mövcud qiymətləri 1950-ci illərdəki qiymətlərlə müqayisə etdi. Onun sözlərinə görə, bu, ABŞ-ın neft sənayesinə çox pis təsir göstərib.

Rusiyanın OPEC+ müqaviləsindən çıxması, habelə koronavirus pandemiyasının yayılması neft qiymətlərinin iki dəfədən çox düşməsinə gətirib çıxarıb.  Bu, neft bazarında qiymətlərin kəskin düşməsinə səbəb olub və 31 mart tarixində Brent markalı neftin qiyməti artıq 22,6 dollar təşkil edib.

OPEC+ müqaviləsinin pozulmasından sonra Səudiyyə Ərəbistanı neft hasilatını gündə 13 milyon barelə qədər artıracağını bildirib. “Bloomberg” in verdiyi məlumata görə, krallıq Avropaya neft tədarükünü 3 dəfə artırmaq niyyətindədir.

Martın 24-də “Politico” nəşriyyatının qeyd etdiyi kimi, Tramp Ər-Riyada Rusiyanı bazardan sıxışdırmaq üçün neft qiymətlərini aşağı səviyyədə saxlamağı tövsiyə edib.

Son xəbərlər
Digər xəbərlər