ABŞ prezidenti Donald Tramp seçki günündən bəri170 milyon dollar ianə toplayıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edildiyi kimi, pul toplama üsullarından biri, Tramp qərargahının seçkilərdə saxtakarlığa yol verilməsi barədə vətəndaşlara elektron məktub göndərməsi olub.
“Atam poçtla səsvermənin problemlər yaradacağını söyləyəndə yüz faiz haqlı idi”, – deyə Trampın oğlu sosial şəbəkədə yazıb.
Xatırladaq ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp seçkilərdə məğlub olduğunu qəbul etmir.