10 C
Baku
Thursday, December 12, 2024

Tramp Ukrayna böhranının səbəbini açıqlayıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, Ukrayna ətrafındakı böhranın səbəblərindən biri Co Baydenin hakimiyyətə gəlməsi ilə Avropanın ABŞ-a ümid bağlamasıdır.

Banker.az verir ki, “Ukrayna ətrafında bu təhlükəli vəziyyəti görməyimizin ən böyük səbəbi Baydenin hakimiyyətə gəlməsi ilə digər ölkələrin ABŞ-dan istifadə etmək fürsətini axtarması olub. Onlar həyatlarını riskə atmaq məcburiyyətində deyillər. Qoy axmaq amerikalılar bizim üçün hər şey etsinlər”, – deyə siyasətçi söyləyib.

Trampın sözlərinə görə, dövlət başçısı olduğu müddətdə o, ölkənin sərhədlərini qorumaq üçün Avropada “payını ödəməyə” tələb etmişdi. “Mən açıq şəkildə bildirmişdim ki, əgər Avropa öz sərhədlərinə görə narahatdırsa, buna görə ödəməli olacaq”, – deyə eks-prezidenti əlavə edib.

“Məndən tez-tez soruşurlar ki, hansı ölkə ilə daha çətindir? Rusiya ilə? Yoxsa Çin və ya Şimali Koreya ilə? Bəlkə İranla? Mənsə bu suala belə cavab verirəm: “Xeyr”. Ən çətin ölkə ABŞ-dır. Bizim burada Rusiya haqqında saxta məlumatlar yayan adamlarımız var. Hər şey uydurmadır”, – deyə Tramp vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər