9 C
Baku
Thursday, December 12, 2024

Tramp Ukraynanın NATO-ya daxil olması fikrini ağılsızlıq hesab edir

Ukraynanın NATO-ya daxil olması fikri tamamilə ağılsızlıqdır.

Müvafiq bəyanatla ABŞ-ın keçmiş prezidenti Donald Tramp çıxış edib.

O, korrupsioner və səriştəsiz adlandırdığı ABŞ-ın hazırkı lideri Co Baydeni tənqid etməkdən yan keçməyib.

Tramp Çin və Ukraynanın Bayden ailəsinə nə qədər pul ödədiyinə diqqət yetirməyə çağırıb.

“Belə bir şəraitdə Ukraynanın NATO-ya qoşulma imkanını nəzərdən keçirməyimiz ideyası indi tamamilə dəlilikdir”, – deyə Tramp bildirib.

O, hesab edir ki, Bayden administrasiyasının hərəkətləri dünyanı üçüncü dünya müharibəsinə gətirə bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər