6 C
Baku
Saturday, December 14, 2024

Tramp valyuta manipulyasiyaları ilə necə manipulyasiya edir

Tarixən valyuta manipulyasiyaları ABŞ üçün heç də yaxşı nəticələrə gətirib çıxarmayıb. Bunu təsəvvür etmək üçün 1971-ci ildə prezident Riçard Nikson administrasiyası tərəfindən ABŞ dollarının qızıla birbaşa konvertasiyasını ləğv etmək barədə qəbul etdiyi birtərəfli qərara baxmaq kifayət edir. Bu qərar üzən valyutalarının sabitliyini pozan və staqnasiyaya (durğunluq) gətirib çıxaran “Nikson şoku” nun əsas elementlərindən biri olmuşdur. Lakin bütün bunlar, prezident Donald Tramp administrasiyasına Çini valyuta manipulyasiyalarında ittiham etməkdə mane olmadı.

ABŞ uzun müddətdir Çini beynəlxalq ticarət sahəsində üstünlük əldə etmək məqsədilə valyuta manipulyasiyalarına əl atmasında ittiham edir. Lakin, bir qayda olaraq, Amerika sərt addımlardan çəkinirdi və 1994-cü ildən bu günə kimi “valyuta manipulyatoru” terminindən istifadə etmirdi. Hətta 2000-ci illərin ortalarında, yuanın qiyməti əsassız olaraq aşağı olduqda, ABŞ prezidentin Corc Buş (kiçik) bu tərifdən istifadə etməməyi üstün tutdu və valyuta məsələləri üzrə  “Strateji iqtisadi dialoq” təşkil etdi.

Xatırladaq ki, avqust ayının əvvəllərində yuan 2008-ci ildən bəri minimum qiymətə çatmışdır və bu, Tramp administrasiyasının səbrini tükəndirdi. ABŞ və Çin arasında uzun müddət ərzində davam edən ticarət müharibəsini daha da pisləşməsinə səbəb olan son addım, Amerikanın Çinin valyuta manipulyatoru adlandırması oldu.

Bununla belə, belə bir tərifin yerinə düşüb-düşməməsi dəqiq olaraq aydın deyil. Belə ki, valyuta manipulyatoru dedikdə, hökumətin ölkənin ixrac etdiyi məhsulların rəqabət qabiliyyətini yaxşılaşdırmaq məqsədilə milli valyutanı devalvasiya etməsi nəzərdə tutulur. 2019-cu ilin avqustundakı devalvasiyada isə hökumətin əli olmayıb.

Bu gün Çin idarə oluna üzən məzənnə rejiminə riayət edir: yuanın qiyməti sərbəst olaraq 2% arasında dəyişə bilər. Lakin səlahiyyətlilər rəsmi məzənnəni gündəlik təyin etdikləri üçün uzun bir zəifləmə dövrü, gündəlik dəyişkənliyi əhəmiyyətsiz olmasına baxmayaraq tədricən bu məzənnənin azalmasına səbəb olur. Həftənin əvvəlində də məhz belə oldu.

Üstəlik, Çin Xalq Bankı yuanın devalvasiyasına nəinki müdaxilə etmədi, əksinə son illərdə valyuta məzənnəsini qorumaq külli miqdarda xərc çəkdi. Bu dəfə bank müdaxilə etməməyi qərara aldı və bununla da kursun düşməsi üçün imkan yaratdı.

Yəqin ki, bu qərar, ilk növbədə, Çinin yuanı beynəlxalq valyutaya çevirmək əzmindən irəli gəlmişdir. Ölkə rəhbərliyi başa düşür ki, bazar müdaxilələri daimi üzv olmayanların gözündə yuanın nüfuzunu sarsıdır. Bundan əlavə, bu müdaxilələr baha başa gələ bilər. 2015-2016-cı illərdə ölkə buna 1 trilyon dollar vəsait xərcləmişdi.

Bu, Çinin bundan sonra müdaxilə etməyəcəyi anlamına gəlmir. Zəif valyuta Çin üçün böyük bir problemdir və bu fakt, Tramp administrasiyasının diqqətindən qaçır.

Problemlərdən biri də odur ki, idxalın qiyməti qalxdıqda zəifləmiş yuan  Çinin iqtisadi böyümənin ixrac yönümlü modelindən imtina etmək strategiyasının bir hissəsi olaraq stimullaşdırmağa çalışdığı daxili tələbə zərər verə bilir.

Bundan əlavə, zəif yunan kapitalın xaric olmasına səbəb ola bilər və bütün bunlar ÜDM-un 300%-ni aşan ümumi borcun fonunda baş verir. Əksinə, güclü və sabit yuan Çin şirkətləri üçün borc təhdidini yüngülləşdirəcəkdir.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, məzənnə daha aşağı düşdüyü halda ÇXB da oyuna qatılacaq.

Bununla belə, Çin müdaxilələri devalvasiyanın qarşısını almaq məqsədini daşısa belə, Tramp administrasiyası onu “valyuta manipulyatoru” adlandırmaq üçün bir bəhanə tapacaqdır. Bu, Trampın digər ölkələr üçün yaratdığı dilemmanı bir daha vurğulayır. Tramp administrasiyası beynəlxalq ticarəti sıfır həcmli oyun kimi qəbul edir, hansında ki hər şey qalibin əlində qalır. Beləliklə, bu oyun digər ölkələrin siyasi əməkdaşlıq emtək stimullarını zəiflədir. Niyə Çin iqtisadi düşməni olan Amerikaya təslim olmalıdır?

Bəli, əlbəttə ki,  ABŞ Maliyyə Nazirliyinin ənənəvi olaraq valyuta manipulyasiyası ittihamına tabe olan Çinə qarşı rəsmi prosedurlara (adətən Beynəlxalq Valyuta Fondu da cəlb olunur) başlaması hələ məlum deyil. Tramp administrasiyası onsuz da nüfuzludur: əvvəlcə təhdid edir, sonra isə geriyə çəkilir (və fəlakətin qarşısını aldığı üçün digər ölkələrdən tərif gözləyir).

Lakin Trampın ehtiyatsız davranışı, tərəflər arasında gərginliyin artmasına və sonda ciddi nəticələrə gətirib çıxara bilər. Dünya iqtisadiyyatının yavaşladığı dövrdə heç kim könüllü olaraq özünü belə bir riskə atmaz.

 

Son xəbərlər
Digər xəbərlər