9 C
Baku
Thursday, December 12, 2024

Tramp vergidən yayınmaqda ittiham olunur

ABŞ-ın sabiq Prezidenti Donald Trampa qarşı istintaq davam edir.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, eks-prezident 10 ildən artıq var-dövlətinin əsl dəyərini təhrif edərək vergidən yayınmaqda ittiham olunur. Bununla bağlı Tramp Nyu-York Baş Prokurorluğuna çağırılıb. Lakin o, ABŞ Konstitusiyasına əsasən susmaq hüququndan istifadə edərək ifadə verməkdən imtina edib.

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosu Trampın Floridada yerləşən “Mar-a-Laqo” malikanəsində axtarış aparmışdı. Axtarışların təfərrüatları hələlik açıqlanmayıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər