ABŞ Prezidenti Donald Tramp ölkədə aparılan koronavirus testlərindəki müsbət nəticələrin göstəricisinin bir həftədə 38 faizdən 28 faizə qədər azaldığını açıqlayıb.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
“Ölkəmiz hazırda çox yaxşı mövqedədir. Nyu-Yorkdakı yoluxma halları 50 faiz, ölüm halları 40 faiz azalıb. Luiziana ştatında yoluxma halları 25 faizdən 15 faizə düşüb. 18 ştatda yoluxma halları azalıb”, – deyə D.Tramp bildirib.