9 C
Baku
Sunday, December 22, 2024

Tramp Zelenskini müharibəni dayandırmağa hazırlaşmağa çağırıb

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ölkədəki müharibəyə son qoymaq üçün saziş bağlamağa hazır olmalıdır. O, Ukraynanın ərazilərinin bir hissəsini Rusiyaya verib-verməməsi məsələsinə “sonra aydınlıq gətirəcəyinə” söz verib.

“O, müqavilə bağlamağa hazırlaşmalıdır”, – deyə cənab Tramp “Fox News” telekanalında verdiyi müsahibədə bildirib.

Amerikanın yeni seçilmiş prezidenti bir daha qeyd edib ki, o, hərbi təmas xəttində döyüşlərin dayandırılması üçün əlindən gələni edir. Bundan əvvəl Donald Tramp 2025-ci il yanvarın 20-nə planlaşdırılan andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişənin həllinə nail olmaq üçün səy göstərmək niyyətindən danışmışdı.

Dekabrın 15-də ABŞ prezidentinin gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolz bildirib ki, Donald Trampın komandası münaqişənin həlli istiqamətində ilk addım kimi Ukraynada atəşkəsin təmin edilməsini nəzərdən keçirir.

Son xəbərlər
Digər xəbərlər